"Futbolun əsaslarını bilmək, top üzərində işləmək lazımdır" - Kapello İtaliya millisinin problemləri barədə

23:23 - 6 Yanvar 2026

"Milan" və "Yuventus"un sabiq baş məşqçisi Fabio Kapello İtaliya futbolunun problemləri barədə danışıb.

Sportal.az xəbər verir ki, Kapello öz açıqlamasında İtaliya millisinin dünya çempionatına qatılmaq üçün pley-off oyunları oynayamasından da söz açıb:

"Milan"ın start heyətində bir italyan oynayır, "Yuventus"da cəmi iki, "İnter"də dörd və ya beş, "Roma"da isə iki və ya üç. Məsələ bundadır. Gələcək baxımından çox imkanımız yoxdur. Hazırlıq sistemi sıradan çıxıb, çox taktika, az futbol. İtaliyanın problemi də bundadır. 12 yaşında uşaqlar artıq taktika öyrənir. Niyə bu qədər erkən? Daha çox top üzərində işləmək, topa sahib olmağı bilmək və futbolun əlifbasını bilmək lazımdır.

Mən İspaniyada yaşamışam və orada uşaqların daim top üzərində işləməyi sevdiyini görmüşəm. Texnika, texnika… İndi futbol daha sürətlidir və texnikan yoxdursa, hara gedəcəksən? O zaman biz nə barədə danışırıq, pressinqdənmi?"

Xatırladaq ki, ilk pley-off oyununda İtaliya Şimali İrlandiya ilə qarşılaşacaq. Qalib Uels və ya Bosniya və Herseqovina ilə görüşəcək.

Xəbər xətti