Mario Balotellinin klubsuz günləri başa çatır.
Sportal.az xəbər verir ki, italiyalı forvard karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Balotelli "Əl-İttifaq"la anlaşıb. 35 yaşlı hücumçu Dubay təmsilçisi ilə 2,5 illik müqavilə imzalayacaq. İtaliya millisinin sabiq yanvarın 10-a ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Mario Balotellinin son klubu "Cenoa" olub. Təcrübəli futbolçu ötən ilin yayında "göy-qırmızılar"dan ayrılıb.
saytlarin hazirlanmasi
