"Qarabağ"ın rəqibi hücumçu transfer etdi

19:26 - 8 Yanvar 2026

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Almaniya təmsilçisi "Nottingem Forest"dən Arno Kalimuendonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt klubu fransalı forvard üçün 1,5 milyon avroluq icarə haqqı ödəyib. "Ayntraxt" 25 milyon avro ödəməklə 23 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.

Arnu Kalimuendo bu mövsüm "Nottingem Forest"in heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.

Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu 21 yanvar tarixində Bakıda baş tutacaq.

Xəbər xətti