"Qarabağ"ın qapıçısına Avropadan daha bir təklif

15:18 - 8 Yanvar 2026

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski daha bir təklif alıb.

Sportal.az xəbər verir ki, polşalı qolkiper bu dəfə ölkəsinin klubunun diqqət mərkəzinə düşüb. Bu barədə "Goal.pl" saytı məlumat yayıb.

"Vidzev" Koxalskini transfer etmək istəyir. Lodz təmsilçisi 25 yaşlı "əlcək sahibi"nə yay aylarında da maraq göstərib. Həmin vaxt keçid baş tutmayıb. Qeyd olunur ki, həmin dövrlə müqayisədə Mateuşun qiyməti xeyli artıb. Lakin bu amil transferin baş tutma ehtimalını ortadan qaldırmır.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ"da çıxış edir. Daha əvvəl Polşa millisinin üzvü ilə "Borussiya" (Dortmund), "Napoli" və "Benfika"nın maraqlandığı barədə xəbər yayılmışdı. Futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub.

Xəbər xətti