"Mənim vaxtımda Ronaldinyo ən yaxşısı idi" - "Barselona"nın sabiq forvardı

00:23 - 9 Yanvar 2026

Keçmiş "Barselona" hücumçusu Henrik Larsson Lionel Messi barədə ilk təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, Larsson öz açıqlamasında Ronaldinyonun ən yaxşı futbolçu olduğunu da vurğulayıb:

"Messi mənim ilk ilimdə komandada yox idi. İkinci ildə, mövsümöncəsi hazırlıq zamanı, yəqin ki, Yaponiya səfərində, onu təyyarədə gördüm, amma önəm vermədim. Sonra məşqdə onu gördüm və Covanini van Bronkhorstdan soruşdum: “Bu kimdir?”

Xeyr, dərhal başa düşmədim ki, o ən yaxşılardan biri olacaq. Hər kəs Ronaldinyonu görürdü. Mən o vaxt Ronaldinyo ilə oynayırdım. O, həmin dövrdə ən yaxşı idi.

Messi topla hər şeyi edə bilirdi və eyni zamanda effektiv idi. Amma onun bu qədər yaxşı olacağını gözləmirdim. Texnika, sürət, sol ayaq, bunların hamısı onun vardı, amma kiminsə Ronaldinyonu qabaqlayacağını təsəvvür etmək mənim üçün çətin idi."

Xəbər xətti