"Aston Villa" "Mets"in 16 yaşlı hücumçusu Brayan Madjonun transferi ilə bağlı razılığa gəlib.
Sportal.az xəbər verir ki, müqavilənin məbləği 12 milyon avro təşkil edəcək. Madjo ilə 5 illik sözləşmə imzalanacaq. Futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, cari Liqa 1 mövsümündə lüksemburqlu oyunçu 5 matçda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb.
saytlarin hazirlanmasi
