"Aston Villa" top-5 namizədlər sırasında deyil, daha yüksək potensiala malik komandalar var" - Emeri

00:22 - 19 Yanvar 2026

Unay Emeri "Aston Villa"nın "Everton" (0:1) qarşısında aldığı məğlubiyyətdən sonra müsahibəsində maraqlı çıxışı ilə yadda qalıb.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis suallara bəzən bir sözlə cavab verib, bəzən isə tamamilə susub:

"Biz top-5 namizədlər sırasında deyilik. Başqa komandalar var ki, potensialları bizimkindən yüksəkdir".– deyə "Aston Villa"nın baş məşqçisi bildirib.

Qeyd edək ki, "Aston Villa" 22 turdan sonra 43 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti