"Napoli" qapıçısı ilə yeni müqavilə imzaladı

20:26 - 19 Yanvar 2026

"Napoli" qapıçı Nikita Kontininin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya çempionunun rəsmi saytı məlumat yayıb.

Ukrayna əsilli italiyalı qolkiperlə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Nikita Kontini "Napoli"nin yetirməsidir. 29 yaşlı "əlcək sahibi" bu mövsüm Neapol təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər xətti