Super Liqa nəhəngi baş məşqçisi ilə yeni müqavilə imzaladı

20:55 - 19 Yanvar 2026

"Trabzonspor" baş məşqçi Fatih Tekke ilə yola davam edəcək.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi türkiyəli mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı çalışdırıcı ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin 11 mart tarixində "Trabzonspor"un baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası Türkiyə çempionaatında 118 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti