"Qarabağ"ın sabiq forvardı Juninyo Meksika çempionatında ilk qolunu vurmağı bacarıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Pumas"ın heyətində 2-ci görüşünə çıxıb.
29 yaşlı hücumçu Meksika çempionatının 3-cü turunda "Leon"a qarşı görüşdə fərqlənib.
O, qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olub və 75-ci dəqiqədə hesabı bərabərləşdirib.
Juninyonun komandası 3 turdan 5 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
