"Çelsi"nin yarımmüdafiəçisi Kol Palmer İngiltərə Premyer Liqasının 25-ci turunun "Vulverhempton”a qarşı (3:1) ilk hissəsində üç qol vurub.
Sportal.az "Opta Sports"a istinadən xəbər verir ki, bununla da ingilis Premyer Liqa rekordunu qırıb.
Belə ki, o, turnirin tarixində ilk hissədə üç dəfə het-trik etmiş ilk oyunçu ünvanına sahib çıxıb.
İlk dəfə Palmerin 2024-cü il aprelin 15-də "Everton"a qarşı (6:0) görüşdə reallaşdırıb.
Onun ikinci het-triki isə həmin il sentyabrın 28-də “Brayton”la (4:2) görüşünə təsadüf edib.
Palmer bu mövsüm klubun heyətində bütün yarışlarda 17 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
