"Spartak"ın (Moskva) keçmiş idman direktoru Aleksandr Şikunov hesab edir ki, Rusiya klubları iştirak etsəydi, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməzdi.
Sportal.az "Avro-futbol"a istinadən xəbər verir ki, Moskva klubunun sabiq rəsmisi "Qarabağ"ın ÇL-dəki uğuruna bu cür yanaşıb:
"Bizim komandalarımız olmadığı üçün "Qarabağ" və “Bodo-Qlimit” kimi komandalar pley-off mərhələsinə vəsiqə qazandı. Bunlar hamızı bizim komandaların yerləri idi. Axı hamımız "Kayrat" və "Qarabağ"ın səviyyəsini bilirik. Vaxtı ilə Rusiya Premyer Liqasında oynamış futbolçular indi "Kayrat"ın formasını geyinir. Onlar burada artıq klublarımıza uyğun deyildilər. İndi isə Çempionlar Liqasında oynayırlar və pley-off mərhələsinə vəsiqə qazanıblar”.
