"Beşiktaş" rusiyalı futbolçunu transfer etmək istəyir

16:34 - 6 Mart 2026

ÇSKA-nın yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" rusiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sporx.com" saytı məlumat yayıb.

İstanbul nəhənginin skautları Kislyakın oyunlarını tribunadan izləyiblər. "Qara qartallar" 20 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaqlar.

Qeyd edək ki, Matvey Kislyak ÇSKA-nın yetirməsidir. Rusiya millisinin üzvü bu mövsüm Moskva təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti