İtaliyada ən yaxşı baş məşqçi açıqlandı

11:27 - 7 Mart 2026

İtaliya A Seriyasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Atalanta"nı çalışdıran Raffaele Palladino ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Berqamo təmsilçisi fevralda İtaliya çempionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, Raffaele Palladino2025-ci ilin 11 noyabr tarixində "Atalanta"nın baş məşqçisi vəzifəsinə təyin olunub.

Xəbər xətti