"Liverpul"dan derbidə daha bir rekord

20:15 - 19 Aprel 2026

"Liverpul" mersisayd derbisində "Everton" üzərində dramatik qələbə qazanaraq tarix yazıb — 2:1.

Sportal.az xəbər verir ki, 33-cü tur çərçivəsində keçirilən oyunda həlledici məqam 100-cü dəqiqədə gəlib. Komandanın kapitanı Virgil van Diyk Dominik Szoboszlayın künc zərbəsindən etdiyi ötürmədən sonra başla topu tora göndərib.

Beləliklə, bu qol Premyer Liqa tarixində “Liverpul”un “Everton”a qarşı 90-cı dəqiqə və daha sonra vurduğu 6-cı qələbə qolu olub. Bu göstərici liqa tarixində rekord sayılır. Heç bir komanda eyni rəqibə qarşı bu qədər gec qələbə qolu vurmayıb.

Xəbər xətti