"Genk"in yarımmüdafiəçisi Konstantinos Karetsas karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" yunanıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussballdaten" nəşri məlumat yayıb.
Madrid nəhəngi Karetsas üçün 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.
"Çelsi", "Mançester Siti", "Ayaks", "Bavariya", "Borussiya", "Leypsiq", "Milan" və "Qalatasaray" kimi klublar da 18 yaşlı hücumameyilli yarımmüdafiəçini yaxından izləyir.
Qeyd edək ki, Konstantinos Karetsas "Genk"in yetirməsidir. Yunanıstan millisinin üzvü bu mövsüm Belçika təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
