Uğursuz mövsüm keçirən "Real" yeni mövsümün planlarını qurmağa başlayıb.
Sportal.az xəbər verir ki, "kral klubu" yayda bir neçə oyunçu ilə yollarını ayıracaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Müdafiəçilər David Alaba və Dani Karvahalın mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq. Yarımmüdafiəçilər Dani Sebalyos, Eduardo Kamavinqa və hücumçu Qonsalı Qarsiya isə satışa çıxarılacaq.
Qeyd edək ki, "Real" 1/4 finalda "Bavariya"ya məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Madrid təmsilçisi La Liqada isə 31 turdan sonra 70 xal toplayıb və lider "Barselona"dan 9 xal geri qalmaqla 2-ci yerdədir.
saytlarin hazirlanmasi
