Son olaraq “Araz-Naxçıvan”da işləmiş Elmar Baxşıyevə bir neçə təklif gəlib.
Sportal.az saytına verilən məlumata görə, o, 2026/2027 mövsümündən yenidən Premyer Liqada işləyə bilər.
Belə ki, yüksək liqadakı 2 klub Baxşıyevi baş məşqçi postunda görmək istəyir. Hələ ki adı gizli saxlanılan klublar azərbaycanlı məşqçi üçün mübarizə aparmalı olacaq.
Bu mövsüm başa çatdıqda sonra Baxşıyevin yekun qərarını verəcəyi və yeni mövsümlə bağlı planlarını quracağı gözlənilir.
Qeyd edək ki, “Qəbələ”yə baş məşqçi kimi ölkə kubokunu, “Araz-Naxçıvan”a isə tarixində ilk dəfə üçüncülük qazandırmış və avrokuboklara vəsiqə qazandırmış mütəxəssis ötən ilin dekabrında Naxçıvan təmsilçisindən ayrılmışdı.
saytlarin hazirlanmasi
