"Mançester Yunayted"in üç müdafiəçisi "Çelsi"yə qarşı oynamayacaq

13:59 - 18 Aprel 2026

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Çelsi"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Londondakı matçı ciddi itkilərlə çıxacaq. Üç mərkəz müdafiəçisi komandaya kömək edə bilməyəcək.

Leni Yoro zədəlidir. Harri Maquayr və Lisandro Martines isə cəza səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti