Frenk Lempard rəhbərlik etdiyi "Koventri Siti"nin İngiltərə Premyer Liqasına vaxtından əvvəl yüksəlməsini şərh edib.
Sportal.az xəbər verir ki, komanda Çempionşipdə ilk iki pillədən birini təmin edərək 2000/2001 mövsümündən sonra ilk dəfə elitaya qayıdacaq. İngiltərəli mütəxəssis bu uğurun əhəmiyyətini vurğulayaraq, yalnız futbolçuların deyil, bütün məşqçi heyətinin əməyinin olduğunu qeyd edib:
“Qürur duyuram. Bəzən məşqçilər yalnız oyunçulardan danışır, amma mən özümlə, məşqçi heyəti ilə və uşaqlarla fəxr edirəm. 15 ay əvvəl biz bura gələndə qeyri-müəyyənlik var idi. Futbolçulara və azarkeşlərə – onların reaksiyasına vurulduq. Məhz buna görə bu, mənim üçün ən əhəmiyyətli nailiyyətlərdən biridir. "Çelsi" kimi böyük komandada oynamaq şansı əldə etmişəm. Çempionlar Liqası və Premyer Liqanı qazanmaq inanılmazdır. Bəzən buna görə Didye Droqba və Con Terri kimi oyunçulara təşəkkür edə bilərəm. Amma mənim üçün belə şəraitdə "Koventri Siti" ilə buna nail olmaq imkanlarımızı aşan nəticədir. Futbolçuların xidmətlərini heç də azaltmıram. Onlar çox çalışaraq səviyyələrini yüksəltdilər. Onların baş məşqçisi olduğum üçün çox qürur duyuram".
saytlarin hazirlanmasi
