Arda türkiyəli qapıçını yanına aparmaq istəyir

15:37 - 18 Aprel 2026

Mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatan Ersin Destanoğlu Ukrayna Premyer Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Şaxtyor" türkiyəli qapıçının xidmətində maraqlıdır. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Donetsk təmsilçisinin baş məşqçisi Arda Turan həmyerlisini komandasında görmək istəyir. "Şaxtyor" yaxın vaxtlarda 25 yaşlı qolkiper üçün yaxın vaxtlarda danışıqlara başlamağı planlaşdırır.

Yayda azad agent statusunda olacaq Türkiyə millisinin üzvü ilə Belçikanın "Brügge" və "Vesterlo" klubları da maraqlanır.

Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 27 qol buraxıb.

Xəbər xətti