Azərbaycan millisi Andorranı məğlub etdi

20:22 - 18 Aprel 2026

Bu gün qadınlardan ibarət Azərbaycan milli komandası Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Andorra ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv rəqibinə 2:0 qalib gəlib.

Matçdakı qolları Yeliz Açar və Esra Manya vurub.

Azərbaycan - Andorra 2:0
Qollar
: Açar 12, Manya 64

Qeyd edək ki, Azərbaycan milli komandası 4 turdan sonra 9 xalla 2-ci pillədədir.

Xəbər xətti