Romelu Lukaku yenidən "Napoli"nin məşqlərinə qayıdacaq.
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, belçikalı hücumçunun bazar ertəsi komandanın məşqlərinə qoşulması gözlənilir. O, bu qərarını klub rəhbərliyinə agenti vasitəsilə çatdırıb.
Xatırladaq ki, mart ayında Romelu Lukaku Belçika millisinin düşərgəsini tərk edərək fiziki formasını yaxşılaşdırmaq üçün vətənində şəxsi məşqçi ilə çalışırdı. Bu addım klubla razılaşdırılmamışdı. "Napoli" rəhbərliyi futbolçunun 31 martadək komandaya qayıtmalı olduğunu bildirmişdi, əks halda heyətdən kənarlaşdırılacağı qeyd olunmuşdu.
Lukaku müəyyən olunmuş tarixdə məşqə gəlmədiyi üçün klub ona intizam cəriməsi tətbiq etməyə qərar verib.
Həmçinin qeyd olunur ki, futbolçu ilə baş məşqçi Antonio Konte martın 20-də "Kalyari" ilə oyundan (1:0) sonra bir daha görüşməyiblər.
Belçika millisinin forvardı mövsümöncəsi aldığı zədədən sonra bu mövsüm cəmi 7 matçda 64 dəqiqə meydanda olub
saytlarin hazirlanmasi
