"Neftçi"nin qapıçısı "Qarabağ" üzərindəki qələbədən sonra: "Şükürlər olsun"

11:11 - 1 May 2026

Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda "Qarabağ"ı məğlub edən(2:1) "Neftçi" turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Sportal.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın qapıçısı Emil Balayev klubun televiziya kanalına açıqlama verib: 

"Uzun müddəti idi, “Qarabağ”ı məğlub edə bilmirik. Bu günə şükürlər olsun. Etimad göstərən hər kəsə təşəkkür edirəm. Çalışdım ki, gözləntiləri qarşılayım. Qapıçı mövqeyində qlobal dəyişiklik olmadı. Hər birimiz meydana çıxmağa daim hazırıq. Qələbə münasibətilə bütün “Neftçi” ailəsini təbrik edirəm".

Xəbər xətti