Federasiya xahiş etdi, "Mançester Yunayted" forvardına istirahət verdi

13:47 - 5 May 2026

“Mançester Yunayted” və Braziliya millisinin hücumçusu Mateus Kunya Premyer Liqanın qalan üç oyununu buraxacaq. 

Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası klubla 26 yaşlı futbolçunun mövsümün qalan hissəsində oyunlarda iştirak etməməsi barədə razılığa gəlib. 

Bu qərar Kunyanın səhhəti ilə bağlı narahatlıqlar səbəbindən verilib. Çünki o, dünya çempionatında iştirakını sual altına atacaq ciddi zədə ala bilər. 

Buna görə də oyunçunu hər hansı bir riskdən qorumaq üçün ehtiyat tədbirləri görülür. "Mançester Yunayted" rəhbərliyi Braziliya millisinin xahişini qəbul edib və Kunyaya mövsümün sonuna qədər istirahət verib. 

O, bu mövsüm klubda 33 oyunda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti