"Mançester Siti" İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə "Everton"la 3:3 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola matçdan sonra açıqlama verib. İspaniyalı mütəxəssis komandasının xarakter göstərdiyini deyib:
"Bu nəticə məğlubiyyətdən daha yaxşıdır. Qələbə qazanmaq üçün oynadıq. Bu da komandanın xarakterini göstərir. Ancaq çempionluq artıq bizim əlimizdə deyil. Bu oyundan əvvəl bizim əlimizdə idi. Premyer Liqada növbəti dörd oyunda işimizi görməliyik".
Qeyd edək ki, 34 oyun keçirən "Mançester Siti" 71 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 35 oyundan sonra 76 xal toplayan "Arsenal" isə liderdir.
saytlarin hazirlanmasi
