Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Kazemiro karyerasını MLS-də davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "İnter Mayami" braziliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Kazemiro Lionel Messi ilə birlikdə oynamaq fikrinə isti yanaşır. 34 yaşlı dayaq yarımmüdafiəçisi bunun üçün maaş tələbini aşağı salmağa da hazırdır.
Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2020-ci ilin yayında "Real"dan 70 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
