"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Caught Offside" məlumat yayıb.
Yulmannın klubu ilə müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Portuqaliya nəhəngi 26 yaşlı dayaq yarımmüdafiəçisini bu məbləğ qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, "Sportinq" Morten Yulmannı 2023-cü ilin yayında "Leççe"dən 20 milyon avroya transfer edib. Danimarka millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
