"Qarabağ"ın Avropa Liqasındakı rəqibi bu gün dəqiqləşəcək

10:13 - 16 İyun 2026

Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatması bu gün keçiriləcək.

Sportal.az xəbər verir ki, püşkatmadan əvvəl “Qarabağ” səpələnmişlər sırasında yer alacaq. 

Ağdam təmsilçisinin potensial rəqibləri də bəllidir.  Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv aşağıdakı komandalardan biri ilə qarşılaşmalı olacaq:

“Jilina” (Slovakiya), "Voyvodina" (Serbiya), "Universitatya Kluj”(Rumıniya), "Alluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və "Vestri" (İslandiya). Püşkatma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Əlavə edək ki, Avropa Liqasında 1-ci mərhələnin oyunları 9 və 16 iyul tarixlərində keçiriləcək.
 

Xəbər xətti