"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"da keçiriləcək oyuna 20:00-da start veriləcək.
Qeyd edək ki, cavab görüşü iyulun 14-də Uelsdə baş tutacaq.
UEFA Çempionlar Liqası
I Təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00. "Sabah" – TNS (Uels) 0:0 (Birinci hissə)
Baş hakim: Patrik Qriskieviç(Polşa)
“Bank Respublika Arena”
