Dünya çempionatında zədələndi - uzun müddət oynamayacaq

19:10 - 7 İyul 2026

Belçika milli komandasının və "Aston Villa"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər  verir ki, Amadu Onana sıradan çıxıb.

Futbolçu DÇ-2026-nın 1/8 final mərhələsinin ABŞ yığması ilə matçında ağır zədə alıb. 24 yaşlı dayaq yarımmüdafiəçisinin dizinin ön çarpaz bağları qopub. Onun 7-8 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Amadu Onana Belçika millisinin DÇ-2026-da keçirdiyi 5 oyunun 4-də meydanda olub.

Xəbər xətti