Bu gün “Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşacaq.
Bakıda keçirilmiş ilk oyunda Azərbaycan çempionu rəqibinə 1:0 qalib gəlmişdi.
19:00 “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) 0:2 (Ikinci hissə)
Qol: Velko Simiç, 53, Mikels, 70
“Vyare Arena”, Kuopio.
Baş hakim: Qal Leybovits (İsrail)
İlk oyun: 0:1
Bu cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orxus” – “Lex” cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
