"Çelsi"ni "Tottenhem"ə dəyişdi - RƏSMİ

14:29 - 2 Sentyabr 2026

"Çelsi"nin futbolçusu Mixaylo Mudrik İngiltərə Premyer Liqasında klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Tottenhem" ukraynalı vingeri icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı ön xətt oyunçusu 2026/27 mövsümündə London təmsilçisinin uğurları üçün tər tökəcək.

Qeyd edək ki, "Çelsi" Mixaylo Mudriki 2023-cü ilin yanvarında "Şaxtyor"dan 70 milyon avroya transfer edib. Ukrayna millisinin sabiq üzvü 2024-cü ilin dekabrında antidopinq qaydalarını pozduğu üçün futboldan uzaqlaşdırılmışdı.

Xəbər xətti