"Qarabağ"dan ayrılıb "Yohor Darul Tazim"ə keçən Dani Bolt yeni komandasında qol hesabını açıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Malayziya Kubokunun 1/8 final mərhələssinin "Damansara" ilə səfər matçında fərqlənib. 27 yaşlı sağ cinah müdafiəçisi 29-cu dəqiqəsində komandasının 2-ci qolunun müəllifi olub.
Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Yohor Darul Tazim"də "Qarabağ"dan ayrılan Kevin Medina və Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir.
saytlarin hazirlanmasi
