Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Turan Tovuz" bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə üz-üzə gəlib.
Dostluq matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib və İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
3 oktyabr
20:00. “Turan Tovuz” - “Fənərbaxça” 0:2
Qollar: Kante,60, Çağrı Balta,74
Qırmızı vərəqə: M.Qrinvud
Tofiq Bəhramov adına Respublika stadionu.
