Milli komandamızın üzvü "Turan Tovuz"u tərk edə bilər - Rusiya klubu onu istəyir

12:48 - 7 Oktyabr 2026

Azərbaycan milli komandasının üzvü Rəhim Sadıqov "Turan Tovuz"dan ayrıla bilər.

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçu hazırkı klubunda daha az oynadığı üçün bu addımı atmağı planlaşdırır.

Sadıqovun xidmətində Premyer Liqadan bir klub maraqlıdır. Amma bununla yanaşı, onun Rusiyaya geri qayıtmaq ehtimalı da az deyil.

Belə ki, futbolçu Rusiya Premyer Liqasında yarışan klublardan birinin maraq dairəsindədir. Belə ki, "Akron"(Tolyatti) Rəhimlə maraqlanır.

Təcrübəli futbolçunun hansı addımı atacağı qışda, ən pis halda isə mövsümün sonunda dəqiqləşəcək. Rəhimin "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

 

Xəbər xətti