Sabiq "Qalatasaray"lı DÇ-2014-də yeni rekorda imza atdı

15:06 - 25 İyun 2014

 Mondragon ən yaşlı futbolçu oldu
 
DÇ-2014-də daha bir rekord qeydə alınıb.

Sportal.az xəbər verir ki, Kolumbiya yığmasının qolkiperi  Ali Fərid Mondraqon dünən başa çatan Yaponiya ilə matçda  meydana çıxmaqla dünya çempionatlarının final mərhələsində forma geyən ən yaşlı futbolçu olub.

43 yaşlı qapıçı oyunun 85-ci dəqiqəsində David Ospinanı əvəzləyib. Bununla da o, kamerunlu futbolçu Rocer Millanın rekordunu qırıb. R.Milla ABŞ-da keçirilən dünya çempionatında Rusiyaya qarşı oyuna çıxanda 42 yaş 1 ay 8 günlük olub.

Xəbər xətti