Psixoloq bunu futbolçunun ağır keçmiş uşaqlığının təsiri hesab edir
Dünən Uruqvay-İtaliya matçında Suares rəqibi Kellininin çiynini dişləyib. Bundan əlavə, o, 2010-cu ildə “PSV Eydhoven” klubundan Otman Bakkalı, 2013-cü ildə isə “Çelsi” klubundan Branislav İvanoviçi dişləyib.
Sportal.az xəbər verir ki, Fosett xarici mətbuata müsahibəsində deyib: “Suaresin hərəkətləri əvvəllər də olub və mütləq bir daha təkrar ediləcək. O, bunu psixoloq seansından bir-iki dəfə istifadə etsə də, düzəldə bilməyəcək. Bu, onun qanındadır.
Luis çox istedadlı futbolçudur, lakin stressli situasiyalarda özünü ələ ala bilmir. Təkbətək görüşmədə o, öz qaranlıq tərəfini göstərdi. Bunu əvvəlcədən görmək mümkün idi. Şəxsiyyətin formalaşma dönəmində xarici faktorlar daha da çox təsir etməyə başlayır. Əgər Luisin həyat tarixçəsinə baxsaq, onun çətin bir şəraitdə böyüdüyünü görə bilərik. O, Uruqvayın küçələrində həyat uğrunda mübarizə aparıb”.
saytlarin hazirlanmasi