Haciyevski: "Avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edəcəm"

00:12 - 26 İyun 2014

"Neftçi" güclü komandadır"
 
Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən “Neftçi” üçüncü yoxlama oyununda Səudiyyə Ərəbistanının “Al Qadisiyah” klubuna 3:1 hesabı ilə qalib gəldib.
 
Sportal.az xəbər verir ki, ərəb klubunun baş məşqçisi, bir zamanlar “Bakı”, Azərbaycan millisi və “Simurq”u çalışdırmış Qyoko Haciyevski oyundan sonra matçla bağlı "Neftçi"nin rəsmi saytına danışıb:
 
"Yoxlama oyunları komandanın yaxşı və pis tərəflərini görmək baxımından əhəmiyyətli olur. “Neftçi” güclü komandadır. Futbolçuları texnikalı və fiziki baxımdan da hazırlıqlıdılar. Rəqibə Avropa Liqasında uğurlar arzulayıram. Avrokuboklarda “Neftçi”yə və Azərbaycanın digər klublarına azarkeşlik edəcəm”.

Xəbər xətti