Mureşan rəsmən "Şerif"də
"Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Andrey Mureşanın yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, təcrübəli mərkəz müdafiəçisi karyerasını Moldova çempionatının iddialı klubu “Şerif”də davam etdircək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mureşan müsahibəsində “Şerif”I peşəkar klub hesab etdiyini və bura dostlarının məsləhəti klub rəhbərliyinin isə dəvəti əsasında gəldiyini deyib.
Bundan əlavə, Mureşan sabiq klubları “Kuban” və “Xəzər Lənkəran”I yada salıb. Oyunçu bildirib ki, “Kuban”dan icarə müqaviləsi, “Xəzər Lənkəran” isə sözləşməsi bitdiyinə görə gedib.
saytlarin hazirlanmasi