DÇ-2014-də növbəti baş məşqçi istefası

11:18 - 26 İyun 2014

Keyruş İrandan getdi
 
İran milli komandasının baş məşqçisi Karluş Keyruş istefa verib.

Sportal.az xəbər verir ki, DÇ-2014ün F qrupunda Bosniya və Herseqovinaya 1:3 hesablı məğlubiyyətdən sonra tutduğu vəzifədən istefa verən Keyruş matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

"İran yığmasını çalışdırmaq mənim üçün şərəflidi. Lakin son yeni müqavilənin imzalanması ilə bağlı federasiyadan heç bir təklif almamışam.

Obrazlı desək, əgər yalnız bir tərəf toyun olmasını istəyirsə, toy olmayacaq. Yeni müqavilə ilə bağlı müraciət gözləyirdim. Ancaq bu, baş vermədi. Buna görə də istefa vermək qərarına gəldim”.


 

Xəbər xətti