Sportal.az xəbər verir ki, qrup mərhələsinin ən yaxşı 16 komandası mundialda mübarizəni davam etdirəcək.
Avropanın İspaniya, İngiltərə, İtaliya, Portuqaliya, Xorvatiya və Rusiya kimi aparıcı komandaları mundialla erkən vidalaşıb. Kosta Rika və Əlcəzair yığmalarının 1/8 finala yüksəlmələri isə dünya çempionatının sürpriz nəticəsi sayılır.
Dünya çempionatının 1/8 final mərhələsinin cütlükləri:
28 iyun
21:00. Braziliya - Çili
01:00. Kolumbiya - Uruqvay
29 iyun
21:00. Hollandiya - Meksika
01:00. Kosta Rika - Yunanıstan
30 iyun
21:00. Fransa - Nigeriya
01:00. Almaniya - Əlcəzair
1 iyul
21:00. Argentina - İsveçrə
01:00. Belçika - ABŞ