"Bakı"nın Premyer Liqada oynamasına razılıq verildi!

10:10 - 16 Avqust 2014

Musayev “Bakı”nın çempionata qatılmasında problem olmadığını qeyd edib
 
“Bakı” klubunun Azərbaycan Premyer Liqasında mübarizəyə başlayacağı dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
 
O bildirib ki, bu gün saat 17:00-a qədər vaxt verilən paytaxt təmsilçisi lazımi sənədləri quruma təqdim edə bilib. Klub nümayəndələri ilə görüşən Musayev “Bakı”nın çempionata qatılmasında problem olmadığını qeyd edib.
 
Qeyd edək ki, düşdüyü acınacaqlı durum üzündən ilk turun “Simurq”la oyununa çıxa bilməyən bakılıların “Neftçi” ilə sabahkı matçının da baş tutması sual altında idi. Lakin “Bakı” problemlərini qismən həll etdiyindən paytaxt derbisi baş tutacaq.
 

Xəbər xətti