"Araz Naxçıvan"da ayrılıq

12:00 - 16 Avqust 2014

Akif Tağıyev komandanı tərk edir

Yeni mövsümün debütantı "Araz Naxçıvan" bir futbolçusu ilə yollarını ayırıb. 

Sportal.az xəbər verir ki, ötən mövsüm "Xəzər Lənkəran"dan transfer edilən Akif Tağıyevin müqaviləsi qarşılıqlı surətdə ləğv edilib.

Tağıyevlə sözləşmənin pozulmasına səbəb isə futbolçunun əvəzedici heyətdə oynamaqdan boyun qaçırmasıdı. Baş məşqçi Əsgər Abdullayevin qərarına əsasən artıq çəkisi olan və formada olmayan Akif Tağıyev əvəzedici heyətlə Qəbələyə yollanmalı idi. Lakin buna etiraz edən futbolçunu rəhbərlik komandadan uzaqlaşdırmağı qərara alıb. 

Xəbər xətti