Berti Foqts Lənkərana getdi

12:54 - 16 Avqust 2014

Millinin məşqçiləri II turun oyunlarında 

 

Azərbaycan milli komandasının məşqçilər korpusu Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək oyunları izləyəcək.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Berti Foqts bu gün keçiriləcək "Xəzər Lənkəran" – "Sumqayıt", qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" – "İnter", məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" – AZAL, məşqçi Mahmud Qurbanov isə "Qəbələ" – "Araz-Naxçıvan" qarşılaşmalarında stadionda olacaqlar.

Xəbər xətti