Böyükağa Hacıyev: "Qələbə qazanacağımıza əmin idik"

22:15 - 16 Avqust 2014

"Rəqib komandada istək, əzmkarlıq var idi"
 
 
Klub paytaxtın eyni adlı klubunu qəbul edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Böyükağa Hacıyev bunları deyib:
 
“Bakı” bir çox komandalara baş ağrısı olacaq. Avroliqada rəqibimiz olan “Partizan”ın baş məşqçisi oyunumuzu stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdur. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdur”.

Xəbər xətti