Sportal.az xəbər verir ki, Enshede təmsilçisi II tur çərçivəsində doğma meydanda “Ado Den Haaq” klubu ilə üz-üzə gəlib .
“Qrols Veste” stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib.
İlk yarıda Mokotjo ilə hesabı açan “Tvente” fasiləyə üstünlüklə yollanıb. İkinci hissədə qonaqlar daha fəal oyun göstəriblər. 54-cü dəqiqədə penaltidən tarazlığı bərpa edən “Ado Den Haaq” 77-ci dəqiqədə daha bir qol vursa da, üstünlüyünü sonadək qoruya bilməyib. Matçın sonlarına yaxın “Tvente” Eqhanın qoluyla məğlubiyyətdən xilas olub.
“Tvente” - “Ado Den Haaq” - 2:2
Mokotjo, 45+1; Eqhan, 86 - Alberq, 54 (pen); van Duynen, 77
Qeyd edək ki, “Tvente” ilk turu da 1 xalla başa vurmuşdu.