Qarşılaşma 1:1 hesabı ilə başa çatıb
Almaniyanın cənub-qərbi regional liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Futbolçumuzun komandası səfərdə "TuS Koblents"lə qarşılaşıb. Oyun heç-heçə başa çatıb - 1:1.
Dadaşov 90 dəqiqə meydanda olub. Hazırda Rüfətin komandası 4 xalla 13-cü yerdə gedir.
saytlarin hazirlanmasi