"Neftçi"yə şad xəbər

10:50 - 18 Avqust 2014

Partizanın müdafiəçisi zədələnib

 

Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi “Partizan” problemlə üzləşib. 

 

Sportal.az xəbər verir ki, "Partizanın futbolçusu  zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyəcək.

 

 Vladimir Volkov  çempionat oyununda zədə alıb . 28 yaşlı müdafiəçinin “Neftçi” ilə qarşılaşmada meydana olacağı sual altındadır. Buna futbolçunun müayinəsindən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Andrey Jivkoviç və Daniel Pantiç də zədə səbəbindən komandaya kömək edə bilmir.

Xəbər xətti