Orxan Məmmədov komandasını məğlubiyyətdən qurtardı
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” daha bir yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, mövsümün yekununda sonuncu olaraq Premyer Liqanı tərk edən "sığortaçılar”ın bu dəfə rəqibi I divizion təmsilçisi "Qaradağ Lökbatan” olub.
"Dalğa Arena”da baş tutan qarşılaşma heç-heçə yekunlaşıb. Oyunda hesabı ilk yarıda "Qaradağ Lökbatan” açıb. Fasilədən sonra hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, yalnız bir qol qeydə alınıb. "Rəvan"ın heyətində Orxan Məmmədov fərqlənərək, matçda son nöqtəni qoyub.
Qeyd edək ki, "Rəvan” növbəti yoxlama görüşünü avqustun 19-da "Mil Muğan”a qarşı keçirəcək. Oyun saat 19:00-da "Bayıl Arena”da başlayacaq.
saytlarin hazirlanmasi